Azərbaycanın ən güclü futbol klubu bəllidir!
16.02.2011 - 17:09
Müasir Azərbaycan futbolunun ən güclü klublarının adları məlum olub. Apasport.az saytı futbolumuzun inkişafa başladığı, klublarımızın dirçəldiyi 2004-cü ildən sonrakı dövrün ən yaxşılarını müəyyənləşdirib.
2004/05 mövsümündən – yeni, yaxşı dayaqlara malik klubların yarandığı, rəqabətə davamsızların sıradan çıxdığı vaxtdan sonrakı dövrdə 6 çempionatı arxada qoyan komandalarımız 7-ci dəfə titul uğrunda mübarizə aparır.
Bu 7 il ərzində bir çox komandalar yaranıb, bir çoxları dağılsa da, 6 klub Premyer Liqanın əbədi sakininə çevrilib. Onların bu müddətdə göstərdiyi nəticələri ümumiləşdirib hansı klubun daha güclü olduğunu bilmək olar.
Düzdür, “Qızıl oyun”da qarşılaşan “Neftçi” və “Xəzər Lənkəran” digərlərindən 1 oyun çox keçirib. Lakin buna baxmayaraq, “İnter” onların hər ikisini arxada qoyub. Bu müddətdə “Bakı” kimi 2 dəfə çempion olan “İnter” ən azı cari mövsümün “altılıq” oyunlarına qədər zirvədə qalacaq. Çünki 9 xallıq fərq onları rəqiblər üçün əlçatmaz edir.
“İnter”in ən yaxın izləyicilərinə gəlincə, “Neftçi” və “Xəzər Lənkəran” hərəyə 1 çempionluq qazandığı kimi, eyni xala da sahibdir. Lakin çempionatda olduğu kimi, burada da şəxsi oyunları əsas götürsək, bakılılar 2-cidir.
Lakin lənkəranlılar hamıdan çox qol vurmağı bacarıblar. Çempionluq sevinci yaşamış “Bakı” isə yalnız 4-cü yerlə kifayətlənib. Son 7 ildə çempionatlarda yalnız 1 bürünc medal qazanan “Qarabağ”ın və əksər hallarda Premyer Liqada qalmağa çalışan “Turan” digərlərindən çox geri qalır.
Qeyd edək ki, texniki nəticələr (3:0) top fərqində nəzərə alınıb.

1 | İnter | 188 | 110 | 48 | 30 | 290-124 | 378 |
2 | Neftçi | 189 | 105 | 54 | 30 | 285-118 | 369 |
3 | Xəzər Lənkəran | 189 | 106 | 51 | 32 | 302-119 | 369 |
4 | Bakı | 188 | 103 | 49 | 36 | 276-119 | 358 |
5 | Qarabağ | 188 | 90 | 48 | 50 | 228-167 | 318 |
6 | Turan | 188 | 57 | 43 | 88 | 206-246 | 214 |

0
0