Diqqət İstanbula!
17.02.2011 - 00:00
Diqqət İstanbula!
Bu gün Avroliqanın 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün öncə qolsuz bərabərliklə nəticələnən “Aris” (Yunanıstan) – “Mançester Siti” (İngiltərə) oyunu ilə start verilən turnirin bu mərhələsində görüşlərin böyük əksəriyyəti bu gün olacaq.

Sözsüz ki, futbolsevərlərimizin əsas diqqəti Türkiyənin nəinki Avroliqada, ümumiyyətlə, avrokuboklarda yeganə təmsilçisi olan “Beşiktaş”a yönələcək. Qış fasiləsində heyətini ulduz futbolçularla gücləndirən “Qara Qartallar” Kiyev “Dinamo”su kimi güclü rəqiblə sınaq gözləyir. Ukrayna təmsilçisi baş məşqçisi postuna qayıdan rusiyalı Yuri Syominin rəhbərliyi altında yenidən meydana çıxacaq.

Ukraynanın digər təmsilçisi – Xarkovun “Metallist” klubu “Bayer”lə qarşılaşacaq.

1/16 final mərhələsinə isə Rusiyada start veriləcək. Çempion “Rubin”lə “Tvente” arasında oyunun başlanma saatı uzun müddət müzakirə olunsa da, nəhayət, məsələyə qarışan UEFA oyunun Bakı vaxtilə saat 16:00-da start götürəcəyi ilə bağlı son qərar verdi. Rusiyanın gümüş və bürünc medalçıları – “Spartak”la “Zenit” ilk oyunlarını İsveçrədə keçirəcək, MOİK isə “Fənərbaxça”nın Avroliqanın qrupa yolunu bağlayan PAOK-la görüşəcək.

17 fevral

16:00. “Rubin” (Rusiya) – “Tvente” (Hollandiya)
20:00. “Metallist” (Ukrayna) – “Bayer” (Almaniya)
22:00. “Napoli” (İtaliya) – “Vilyarreal” (İspaniya)
22:00. “Anderlext” (Belçika) – “Ayaks” (Hollandiya)
22:00. “Lex” (Polşa) – “Braqa” (Portuqaliya)
22:00. “Beşiktaş” (Türkiyə) – “Dinamo” (Ukrayna)
22:00. “Benfika” (Portuqaliya) – “Ştutqart” (Almaniya)
22:00. BATE (Belarus) – PSJ (Fransa)
00:05. "Reyncers" (Şotlandiya) - "Sportinq" (Portuqaliya)
00:05. “Sparta” (Çexiya) – “Liverpul” (İngiltərə)
00:05. “Bazel” (İsveçrə) – “Spartak” (Rusiya)
00:05. “Yanq Boyz” (İsveçrə) – “Zenit” (Rusiya)
00:05. PAOK (Yunanıstan) – MOİK (Rusiya)
00:05. “Sevilya” (İspaniya) – “Porto” (Portuqaliya)
00:05. “Lill” (Fransa) – PSV (Hollandiya)