“Mançester Yunayted”i “büdrətməyin” qiyməti açıqlandı
16.02.2011 - 18:55
“Mançester Yunayted”i “büdrətməyin” qiyməti açıqlandı
İngiltərənin kubokunun 5-ci mərhələsinin oyunları ərəfəsində maraqlı hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, son 66 ildə bu mərhələyə vəsiqə qazanan 6-cı yarım həvəskar komanda olan “Krouli Taun” klubu diqqət mərkəzinə düşüb.

Ölkənin ən sanballı klublarından biri olan “Mançester Yunayted”lə “Old Trafford”da qarşılaşacaq “Krouli Taun”un rəhbərliyi oyunçularına vəd etdiyi mükafatın məbləğini açıqlayıb. Belə ki, Premyer Liqanın son vitse-çempionunu “büdrədib” mərhələ keçəcəyi halda, yarım həvəskarlar hərəyə 150 funt sterlinq qazanacaq. Bu da təxminən 180 manata bərabərdir.

Bu daha çox yarışın əsasnaməsi ilə əlaqədardır. Belə ki, hər komanda hələ kubok oyunları başlamamış mükafatların məbləğini rəsmən qeydiyyatdan keçirməlidir. “Krouli Taun” rəhbərliyi bu qədər irəliləyəcəyinə inanmadığından həmin vaxt mükafatı 150 funt sterlinq kimi göstərdiyindən indi bu rəqəmi dəyişə bilməz.

Müqayisə üçün qeyd edək ki, “Mançester Yunayted”in ulduzu Ueqn Runi yaşadığı hər 6 dəqiqəyə bu mükafat qədər qazanır.