Medvedev yanlış həkim diaqnozunun əziyyətini çəkir
17.02.2011 - 11:24
“Müalicə prosesi davam edir. Nə vaxt sağalacağım hələ bilinmir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev deyib.
Hazırlıq prosesi zamanı zədələnən futbolçu artıq iki həftədən artıqdır müalicə olunur. Hazırda Türkiyədə olan müdafiəçini “Beşiktaş” klubunun fizioterapevtləri müalicə edir: “10 gündür İstanbuldayam. Ayağım məni çox incidir. Hələ ağrılar var. Həkimlər də vəziyyətin nə vaxt düzələcəyini demirlər”.
22 yaşlı futbolçunun gec sağalmasının səbəbinə gəldikdə, burda həkimlərin də rolu az deyil. Belə ki, həkimlər futbolçunun zədəsinə düzgün diaqnoz qoymayıblar: “Onlar əvvəlcə ağrıların əzələ ilə bağlı olduğunu bildirdilər. Arxada qalan 10 gün ərzində əzələmi müalicə etdilər. Amma ağrılar azalmadı. Məlum oldu ki, əzələm qırılmayıb, linflərim şişib. İndi bunu müalicə etdirirəm. Nə vaxt sağalacağımla bağlı hələ heç nə demirlər”.
İlkin variant kimi ayın sonunda Bakıya dönməyi planlaşdıran Medvedevin İstanbulda qalma müddəti artırıla da bilər.

0
0