Berti Foqts: Bu, əsl faciə olar
19.02.2011 - 12:03
Berti Foqts: Bu, əsl faciə olar
“Borussiya” klubu Bundesliqada yerini itirsə, bu, əsl faciə ola bilər”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı çalışdırıcı vaxtilə formasını geyindiyi Münhenqladbaxın “Borussiya” komandasının Bundesliqadakı çıxışından narahatdır. Buna baxmayaraq, Foqts bildirib ki, sabiq klubunun müəyyən şansı qalıb: “Bu şansdan maksimum yararlanmaq lazımdı”.