“Xəzər Lənkaran” daha şanslıdır
19.02.2011 - 12:19
“Topaz” Azərbaycan Premyer Liqasının XXI turuna pul qoyuluşlarının əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, bukmeker kontoru II dəfə proqnozsevərlərə ölkə çempionatına pul qoyuluşu etmək şansı yaradıb.
Bu gün keçiriləcək matçlarda “Topaz” “Bakı”, “Neftçi” və “İnter”in qalib gələcəyini proqnozlaşdırır.
Sabah baş tutacaq turun mərkəzi görüşündə - “Xəzər Lənkəran” – AZAL matçında isə əyalət təmsilçisinin 3 xal qazanacağı gözlənilir. Mirça Rednikin yetirmələrinin qələbəsini 1,60 əmsalla qiymətləndirən “Topaz” onların məğlubiyyətinə 3,80 əmsal verib. Heç-heçəyə ümid edənlər üçün isə pullarını 3,20 dəfə artırmaq imkanı veriblər.

Meydan sahibi | Qələbə | Heç-heçə | Məğlubiyyət | Qonaq komanda |
Turan | 3,80 | 3,20 | 1,60 | Bakı |
Simurq | 6,30 | 3,70 | 1,30 | Neftçi |
MOİK | 8,00 | 4,70 | 1,15 | İnter |
Gəncə | 3,30 | 3,20 | 1,70 | Qarabağ |
Muğan | 2,65 | 2,70 | 2,20 | Qəbələ |
Xəzər Lənkəran | 1,60 | 3,20 | 3,80 | AZAL |
0
0