Azarkeşi qucaqlayan futbolçu cəzalandırıldı
03.01.2025 - 11:18
Azarkeşi qucaqlayan futbolçu cəzalandırıldı

İranın “İstiqlal” klubunun futbolçusu Ramin Rezayan qadın azarkeşlə qucaqlaşdığı üçün cərimələnib.

Apasport.az xəbər verir ki, İran çempionatının 14-cü turunda “Çadormalu” ilə oyundan əvvəl xanım azarkeşlərdən biri qonaq komandanın avtobusuna yaxınlaşaraq “İstiqlal"ın müdafiəçisini qucaqlayıb.

Bu səbəbdən futbolçu yerli çempionatın Etika Komitəsinə çağırılıb və o, 510 milyon rial (təqribən 11.6 min avro) məbləğində cərimələnib. 

İran millisinin sabiq üzvü bu hərəkətə görə diskvalifikasiya da edilər bilərdi. 2024-cü ilin aprelində "İstiqlal"ın daha bir futbolçusu Hüseyn Hüseyni meydana çıxan xanım azarkeşi qucaqladığı üçün bir oyunluq cəzalandırılmışdı.

Qeyd edək ki, İranda ictimai yerlərdə qadınla kişiin qucaqlaşması qadağandır. Bu rəftar ancaq qadın və kişinin bir-biri ilə qohum olması halında ola bilər.

0