“Barselona” və “Mançester Yunayted” yarımfinalda!
13.04.2011 - 00:33
Çempionlar Liqasında yarımfinala yüksələn ilk komandaların adları bəlli olub. Apasport.az saytının xəbərinə görə, 1/4 finalın ilk 2 oyununda qələbə qazanan komandalar rəqiblərini yenə məğlub edərək, finala çıxmaq uğrunda mübarizə aparacaqlar.
Belə ki, bir həftə öncə “Nou Kamp”da Ukrayna təmsilçisi “Şaxtyor”u rüsvay edən “Barselona” Donetskdə də qələbəyə sevinib. Katalonların heyətində argentinalı Lionel Messinin vurduğu qol qarşılaşmada yeganə olub.
Londondakı ilk qarşılaşmada Runinin qolu ilə "Çelsi" üzərində vacib qələbə qazanan "Mançester Yunayted" də yarımfinalda oynayacaq. “Qırmızı şeytanlar” bu dəfə “zadəganlar”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
12 aprel
“Mançester Yunayted” (İngiltərə) – “Çelsi” (İngiltərə) - 2:1
QOLLAR: Ernandes, 43; Park, 77 - Droqba, 77
QIRMIZI VƏRƏQƏ: Ramires, 69 (Çelsi)
İlk oyun - 1:0
“Şaxtyor” (Ukrayna) - “Barselona” (İspaniya) -0:1
QOL: Messi, 43
İlk oyun - 1:5

0
0