“Abşeron” bəyanat yaydı: Biçər bizə lazım deyil!
12.04.2011 - 11:48
“Abşeron” bəyanat yaydı: Biçər bizə lazım deyil!
Azərbaycan çempionatının I divizionunun lideri “Abşeron” klubu bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bəzi mətbuat orqanlarında türkiyəli mütəxəssisi Cüneyt Biçərin yaxın vaxtlarda komandanın baş məşqçisi postuna gətiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Bakılılar yazılanların həqiqəti əks etdirmədiyini bəyan edir: “Abşeron”un baş məşqçisi Mirbağır İsayevlə uzunmüddətli əməkdaşlıq barədə razılaşma mövcuddur. Komanda rəhbərliyi baş məşqçi ilə uğurlu iş birliyindən məmnundur və bu birgə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.

Qeyd edək ki, “Abşeron” yarışın başa çatmasına 5 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.