Zaur Tağızadə “Neftçi”dən getməyib
12.04.2011 - 13:57
“Neftçi” klubu əvəzedici komandanın məşqçisi Zaur Tağızadənin gedişi ilə bağlı mətbuatda yayılan xəbərləri əsassız sayır. Apasport.az saytının məlumatına görə, əvəzedicilərin baş məşqçisi İqor Getman bununla bağlı fikirlərini bildirib: "Zaur Tağızadə "Neftçi"nin əvəzedici heyətinin məşqçisidir və hazırda bu vəzifəni yerinə yetirir. Onun komandadan getməsi haqqında xəbərlər yanlışdır. Tağızadə məşqçilər korpusu ilə birgə "Neftçi"nin növbəti oyunu üçün hazırlıqda yaxından iştirak edir".
0
0