Lənkəran üçün 3 yığma: Belçika, Qazaxıstan, yoxsa Avstriya?
12.04.2011 - 15:02
Azərbaycan millisi Avro-2012-nin seçmə mərhələsində rəqiblərindən birini cənub bölgəsində qəbul edəcək. Bu barədə apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O bildirib ki, yığmamızın Lənkəran şəhər stadionunda rəsmi oyuna çıxacağı planlaşdırılır.
Ancaq Məmmədov konkret hansı qarşılaşmanın əyalətdə keçiriləcəyinin dəqiqləşmədiyini söyləyib: “Təbii ki, qarşıdakı ev oyunumuz olan Almaniya yığması ilə qarşılaşma Lənkəranda yox, Bakıda keçiriləcək. Çünki Almaniya ilə görüş yüksək reytinqli oyun olduğu üçün mərkəzi arenada - Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Almanlarla oyuna maraq böyük olduğundan, bu görüşün daha çox tutumu olan stadionunda keçirilməsi daha məqsədəuyğundur. Bu il yığmamızın yoldaşlıq görüşü keçirilməsi ilə bağlı danışıqlar gedir. Ancaq hazırda açıqlama verə bilmərik. Çox güman, avqusta FİFA-nın “pəncərəsi”ndə nəzərdə tutulan yoldaşlıq görüşü Bakıda olacaq”.
Millimizin Almaniyadan sonra ev oyunları sentyabrın 2-də Belçika, 6-da Qazaxıstan, oktyabrın 7-də Avstriya ilə olacaq ki, bu görüşlərdən biri Lənkərana salınacaq.
Qeyd edək ki, millimiz ötən seçmə mərhələdə - 2009-cu il sentyabrın 5-də Finlandiya yığmasına 1:2 hesabı ilə uduzduğu DÇ-2010-nin görüşünü Lənkəranda keçirmişdi.
Mehman SÜLEYMANOV

0
0