Berti Foqts: Öncə “Neftçi”, sonra “Bakı”
12.04.2011 - 15:11
Berti Foqts: Öncə “Neftçi”, sonra “Bakı”
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün “Bakı” klubunun məşqini izləyib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, məşq başa çatdıqdan sonra almaniyalı mütəxəssis “zolaqlılar”ın çalışdırıcısı Aleksandr Starkovla görüşüb. Onlar milli komandada çalışmaqla bağlı təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, Foqts dünən “Neftçi”nin də hazırlığını izləmişdi.