Toni Adams mətbuat konfransı keçirəcək
12.04.2011 - 15:33
Toni Adams mətbuat konfransı keçirəcək
“Qəbələ” klubunun baş məşqçisi Toni Adams mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, ingiltərəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turu ərəfəsində jurnalistlər görüşməyə qərar verib. Sabah baş tutacaq tədbir “Trend” informasiya agentliyinin konfrans zalında keçiriləcək. Mətbuat konfransı saat 13:00-da başlayacaq.