Mahir Şükürov sabah yeni klubla müqavilə bağlayacaq
12.04.2011 - 16:31
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun karyerasını harada davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi “Qəbələ” klubuna keçib.
“Anji” ilə ayrıldıqdan sonra sərbəst futbolçu olan Mahiri “Qəbələ”nin məşhur ingilis baş məşqçisi Toni Adams sərəncamında görmək istəyib. Artıq tərəflər arasında münasibətlər rəsmiləşib və sabah “Qəbələ”nin keçirəcəyi mətbuat konfransında Mahirin təqdimatı olacaq.
Qeyd edək ki, gələn il nəticə verməli olan Adams Şükürovla yanaşı, bir sıra yığma futbolçularımızı sərəncamına yığacaq.

0
0