AFFA braziliyalı məşqçidən cavab gözləyir
12.04.2011 - 16:59
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi
- AFFA ölkə futbolunun 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirin vaxtını iyunun 8-dən 6-a dəyişdirib. Belə demək olar ki, bu dəyişikliyə millimizin iyunun 7-də Almaniya ilə ev oyununa çıxması səbəb olub?
- Vaxt dəyişikliyi təşkilati işlərlə bağlıdır. Düşündük ki, tədbir iyunun 6-da keçirilsə, daha yaxşı olardı. Çünki ertəsi gün almanlarla oyunumuz var. Təbii ki, qonaqlardan Azərbaycan – Almaniya oyununa qalmaq istəyən, qala biləcək. Getmək istəyənlər 7-də yola düşəcəklər. Biz çalışdıq ki, qonaqlar üçün də münasib bir vaxt olsun.
- Almaniyadan məşhur simaların ölkəmizə gələcəyini demək olar?
- Təəssüflər olsun ki, indi bunu deyə bilmərəm. Ümid edirəm ki, gələcəklər və biz də buna çalışırıq.
- Qonaqların adları maraqlıdır. Bu mənada dünya futbolunda çox məşhur simaları Bakıda görə biləcəyik?
- Təbii ki, bizim üçün əsas FİFA və UEFA prezidentlərinin gəlişidir. İstərdik ki, beynəlxalq futbol təşkilatlarının rəhbərləri həmin gün bizimlə olsunlar, Azərbaycan futbol ictimaiyyəti tarixi bayramı Mişel Platini və Yozef Blatterlə birgə qeyd etsinlər. Bildiyiniz kimi, Platini Azərbaycana gələcəyini təsdiqləyib və o yeni müddətdə UEFA-nın prezidenti seçilib. Bundan başqa, Platini əfsanəvi futbolçu da olub. Bu səbəbdən də onun Azərbaycan gəlməsi, futbolumuzun 100 illiyik tədbirində iştirakı çox müsbət haldır. İyunun 1-də FİFA-da prezident seçkiləri var. Ümid edirik ki, cənab Blatter də seçiləndən sonra dəvətimizi müsbət qəbul edəcək. Artıq biz bunu onunla müzakirə etmişik, dəvətnamə də göndərmişik. Blatterdən cavab da almışıq. O deyib ki, Bakıya gəlməyə çalışacaq.
- FİFA prezidentliyinə digər namizəd Asiya Futbol Konfederasiyasına rəhbərlik edən qətərli Məhəmməd Bin Hammamdır. Düzdür, onun seçilmək şansı çox azdır. Ancaq bu baş verərsə, həmin şəxsin FİFA prezidenti kimi Bakıya gəlişi nəzərdə tutulub?
- Hələlik yox. Sözün düzü, hələlik Blatterlə söhbət etmişik. Ancaq təbii ki, FİFA prezidentində dəyişiklik olsa, bunu nəzərə alacağıq.
- Berti Foqts bir çox tanınmış futbol adamları ilə əlaqələrindən istifadə edib, onların Bakıya gəlişində vasitəçi ola bilər. Siz bunu millimizin almaniyalı çalışdırıcı ilə müzakirə etmisiniz?
- Təbii ki, Foqtsun dostları arasında tanınmış futbolçu və məşqçilər var. Biz Foqtsa demişik ki, onları da dəvət edə bilər. Ancaq iyunun 7-də rəsmi oyun gününün olmasını da nəzərə almaq lazımdır. Çox tanınmış məşqçilər, futbolçular həmin gün yığmalarının heyətində dünyanın müxtəlif yerlərində meydanda olacaqlar.
- Bəs belə oyunlardan kənarda qalan Pele və Maradona kimi futbol dahilərinin Bakıya gətirilməsi çox çətindir?
- Sözsüz ki, onların gəlişini istərdik. Ancaq təbii ki, bunun reallaşması çətindir. Çünki belə insanların səfər qrafikləri 2-3 il əvvəldən yazılır və planlaşdırılır.
- Bəs Pelenin kapitanı kimi dünya çempionu olan Karlos Alberto Torres? Hər halda, o, yığmamızın ilk əcnəbi baş məşqçisi olub.
- Biz Torresə dəvət göndərmişik və hal-hazırda braziliyalı məşqçidən cavab gözləyirik. Unutmaq lazım deyil ki, Karlos Alberto milli komandamızın baş məşqçisi olub və hazırda bizimlə işləməməsinə baxmayaraq, yığmamızı çalışdırmış hər bir mütəxəssisə hörmətlə yanaşırıq.
- Vaxtilə milli komandamızın baş məşqçiləri olan, ümumiyyətlə, vətəndən kənarda yaşayan həmyerliləri dəvət edilməsi məsələsi nə yerdədir?
- Bu, Azərbaycan futbol ictimaiyyətinin bayramıdır. Azərbaycan futbolunda tanınmış olan insanların hamısını dəvət edəcəyik. Baxmayaraq ki, onların bəziləri xaricdə yaşayırlar, amma yenə dəvət göndərəcəyik. Aprelin sonuna kimi dəvət məsələləri artıq bitəcək.
- Bizə qardaş ölkə olan Türkiyədən tanınmış qonaqları dəvət etmək daha asandır...
- Təbii ki, bizim üçün əsas Türkiyə Futbol Federasiyasının rəhbərliyidir və biz onları dəvət edirik. Onlar vacib bilsələr, özləri ilə bərabər kimisə gətirə bilərlər. Biz Türkiyə Futbol Federasiyası ilə yaxından əməkdaşlıq etdiyimizdən, onların rəhbərliyinin gəlməsi bizim üçün çox vacibdir.
- Misal üçün Fatih Terim, Hakan Şükür kimi tanınmış simaların gəlməsi mümkündür?
- Hal-hazırda bununla bağlı düşünürük.
- Hamının gəlməsi nə qədər yaxşı olsa da, yer məsələsini də nəzərə almaq lazımdır. Ümumiyyətlə, tədbirə maksimum neçə nəfərin iştirakı planlaşdırılıb?
- Məhz buna görə qeyd etdim ki, bu, Azərbaycan futbol ictimaiyyətinin bayramıdır və ilk növbədə futbolumuzda fəaliyyət göstərən, canını qoyan insanları birinci dəvət etməliyik. Təbii ki, bunları nəzərə alaraq, çox sayda qonaqları çağıra bilmərik. Axşam rəsmi ziyafətdə, banketdə təxmini 350 nəfərin iştirakını planlaşdırırıq.
- Tədbirin vaxtı açıqlanmayıb. Bu, nə vaxt olacaq?
- Çox güman ki, iyunun 6-da axşam 8-də. Vaxt təxminən belə planlaşdırılıb.
- Bəs canlı yayım?
- Hazırda bununla əlaqədar Az.TV ilə danışıqlar gedir.
- Az öncə rəhbərliyiniz altında Təşkilat Komitəsinin iclası keçirildi. Yubileylə bağlı başqa hansı tədbirlər nəzərdə tutulub?
- Həmin gün, yəni iyunun 6-da Mərdəkanda inşa etdirdiyimiz “Dalğa” stadionunun açılışı planlaşdırılır. Axşam da banket olacaq.
- Yeri gəlmişkən, “Dalğa”da ilk rəsmi oyunların keçiriləcəyi 2012-ci il 17 yaşlı qızlar arasında dünya çempionatının təşkilati işlərin gedişi ilə bağlı nə deyə bilərsiniz?
- İşlər öz qaydası ilə gedir. Bakıda olan FİFA nümayəndələri də razı qaldılar.
- FİFA turnirin talismanı kimi saytımızın təklif etdiyi Tıq-tıq xanımı nə vaxt təsdiqləyəcək?
- Hələ danışıqlar gedir və təsdiqlənməyib. Ancaq mayın sonuna kimi qərar qəbul olunacaq.
- Turnirin loqosuna nə vaxt aydınlıq gələcək?
- Bu da mayın sonunda bilinəcək.
- Bir müddət öncə Qadın Futbol Federasiyası fəaliyyətini dayandırdı. Dünya çempionatının təşkilati işləri ilə əlaqədar bu federasiyanın yenidən yaradılması gözlənilirmi?
- Bunun yaradılması şərt deyil. Onsuz da təşkilati işlərlə əlaqədar FİFA və UEFA tərəfindən əsas yerli federasiyanın fəaliyyəti göstərilir. Yəni AFFA ilə çalışmaq qarşıya əsas məqsəd qoyulur. FİFA belə tədbirlərin həyata keçirilməsində əsas federasiya ilə təmasda olur. Buna görə də hansısa federasiyanın yaradılması, yaxud bərpa olunması vacib amillərdən deyil.
- Bəs gələcəkdə ölkədə qadın futbolunun inkişafı baxımından?
- Təbii ki, ola bilər. Ancaq hal-hazırda bunu düşünmürük. Qadın futbolunu inkişafı etdirmək üçün heç də federasiya lazım deyil. Gördüyünüz kimi, Azərbaycanda uşaq liqası olmadığı halda, çox qısa müddətdə çempionat keçirildi, 16 komanda yüksək liqada iştirak edir. Hər həftənin şənbə və bazar günləri həmin oyunlar müxtəlif yerlərdə - Bakıda, İsmayıllıda keçirilir. Ona görə də bu, şərt deyil. Əsas odur ki, istək, məqsəd olsun.
Mehman SÜLEYMANOV

0
0