“Muğan” holland toxumu axtarır
12.04.2011 - 23:03
“Salyandakı Olimpiya İdman Kompleksinin stadionunda təmir işləri davam edir. Hazırda torpaqla bağlı işlər görülür”. Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Cari mövsümdə Bəhmən Həsənovun baş məşqçi postuna təyinatından sonra öz oyununu tapan “Muğan” Premyer Liqadakı yerini təmin edib. Salyan təmsilçisi hazırda 32 xal toplayıb və 8-ci pillədə qərarlaşıb. Mövsümün əvvəlində əyalət təmsilçisi ev oyunlarını Salyandakı Olimpiya İdman Kompleksinin stadionunda keçirsə də, qış fasiləsindən sonra Bakıya köçüb. Daha doğrusu, müvəqqəti olaraq rəqiblərini “Şəfa” stadionunda qəbul edir. Buna səbəb qazonu bərbad vəziyyətdə olan idman kompleksində təmir işlərinin aparılmasıdır.
Görülən işlər haqda danışarkən, klub rəsmisi artıq gələn ay ot toxumlarını səpmək istədiklərini dilə gətirib: “Suvarma sisteminin qurulması ilə bağlı tender elan olunub. Bu işlər başa çatdıqdan, yəni suvarma sistemi qurulduqdan sonra toxum səpininə başlamaq istəyirik. Bunun gələn ay reallaşacağını düşünürəm”.
Şirəliyev hələlik ot toxumları sifariş etmədiklərini və bir neçə variantın olduğunu bildirib: “Toxum hələ alınmayıb. İlkin variant kimi Hollandiya növünü nəzərdə tutmuşuq. Ancaq digər təkliflər də var. Məsələn, Türkiyədən, Birləşmiş Ərəb Əmirliklərindən bizə ot toxumlarının növləri təklif olunub”.
Növbəti mövsümlə bağlı planlar haqda da danışan vitse-prezident hələ dəqiqləşməyən məsələlərin olduğunu deyib: “Təbii ki, ilk “altılıq” uğrunda mübarizə aparacağıq. Ancaq heyətlə bağlı dəqiqləşməyən məqamlar var. Yəni baş məşqçi bizə kimləri komandada saxlamaq istədiyini bildirməyib. Bunun üçün mövsümün sonunu gözləməliyik”.

0
0