Mirbağır İsayev: “Abşeron” Premyer Liqa haqda düşünmür
12.04.2011 - 23:06
“Hələ Premyer Liqa haqda düşünmürük. Çempionat davam edir və qarşıdakı oyunlara hazırlaşmalıyıq. Mövsüm başa çatdıqdan sonra klub rəhbərliyi ilə görüşüb, bu haqda danışmaq olar. Ortaya çıxan məsələlərin həllinə çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Abşeron” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.
Yayda təsis edilən və I divizionda mübarizə aparan paytaxt təmsilçisi artıq Premyer Liqaya vəsiqə qazanıb. Yeni mövsümdən etibarən elitada yarışacaq komanda həm də bu nəticəni əsası gənclərdən qurulmuş heyətlə əldə edib. Premyer Liqada da gənclərə güvənəcəyini qeyd edən mütəxəssis legionersiz oynayacaqlarını vurğulayıb: “Klubla müqaviləm iyulun 30-da başa çatacaq. Əgər iş birliyimizi davam etdirsək, yenə həmyerlilərimizə güvənəcəyik. Azərbaycanlılara şans verib, həmin oyunçuları düzgün istiqamətləndirəcəyik. Legioner futbolçu almaqdan söhbət gedə bilməz”.
Bu arada ötən mövsüm “Bakı”ya ölkə kubokunu və Azərbaycan çempionatının gümüş medallarını qazandıran türkiyəli məşqçi Cüneyt Biçərin “Abşeron”a dəvət edilməsi ilə bağlı xəbərlər yayılıb. Hərçənd klub rəsmi şəkildə bunu təkzib edib.
Baş məşqçi isə bütün məsələlərə yayda aydınlıq gətiriləcəyini deyib: “Bu haqda danışmaq istəmirəm. İyulun 30-dək müqaviləm var. Həmin tarixədək işimin başındayam. Sonra necə olacağına klub rəhbərliyi qərar verəcək. İstənilən halda, buna hörmətlə yanaşacağam. Klubla mövsümün əvvəlində bir illik müqavilə imzalamışdım”.

0
0