“Barselona” “Real”dan bir addım öndədir”
12.04.2011 - 23:10
“Barselona” “Real”dan bir addım öndədir”
Məşhur almaniyalı məşqçi Bernd Şuster İspaniyanın iki nəhəngi - "Real" və "Barselona" haqqında fikirlərini bölüşüb. Apasport.az saytının xəbərinə görə, İspaniya mətbuatına danışan mütəxəssis katalonların yarımmüdafiəçiləri hesabına "rəqibindən daha güclü olduğunu söyləyib.

“Həftəsonu oynanılacaq "El Klassiko" la-liqanın taleyini böyük ölçüdə həll edəcək. İki komanda böyük ehtimalla 18 gündə 4 dəfə qarşılaşacaq. "Real" birinci görüşdə rəqibini məğlub edə bilər, amma bunu növbəti oyunlarda təkrar etməsi çox çətindi. "Barsa"nın yarımmüdafiə xətti çox güclüdü. Qalan bölgələrdə isə hər iki komanda eyni gücə malikdi. Xavi, İnyesta, Buskets kimi oyunçular komandanı "Real"dan bir addım öndə tutur” – deyə, Şuster bildirib.

Xatırladaq ki, futbolçu kimi həm "Barselona", həm də "Real"ın şərəfini qorumuş Şuster məşqçi kimi bunu yalnız "Kral klubu"nda edib.