Kaxaber Sxadadze: Arif Əsədovdan və jurnalistlərdən üzr istəyirəm
12.04.2011 - 23:00
Kaxaber Sxadadze: Arif Əsədovdan və jurnalistlərdən üzr istəyirəm
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze "Neftçi" ilə son turun oyunundan sonra mətbuat konfransına gəlmədi. Apasport.az saytının xəbərinə görə, elə bu səbəbdən dünən AFFA-nın İntizam komitəsi gürcü çalışdırıcını cərimələdi. Ancaq onun bu hərəkəti heç də təsadüfi deyildi. Belə ki, Sxadadze hakim qərarlarından narazı olduğu üçün bu addımı atdı.

Nəhayət, paytaxt klubunun məşqçisi olanlar barədə danışıb: "Nəticələr planında son zamanlar komandamız kifayət qədər uğursuz çıxış edir. Ancaq səmimi desəm, oyun planında böyük müvəffəqiyyətsizlik yoxdur. "Neftçi" ilə oyuna gəlincə, bu komanda kifayət qədər güclüdür və yaxşı komplektləşdirilib. Ancaq son matçda bizim qalib gəlməyimizə hakim mane oldu".

Sxadadze konkret faktlar da sadalayıb: "Uzun ötürmədən sonra Rövşən Əmiraslanov qapıçı ilə təkbətək qaldı, daha sonra cərimə meydançasında rəqibin müdafiəçisi Denis Silva əli ilə oynadı. Məni narahat edən yeganə məsələ hakimlik oldu. Bunu mən oyundan sonra klubun sahibinə dedim. Burada məsələ heç də qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsində deyil. Hakim sadəcə, bizə oynamağa imkan vermədi! Daim səslənən fitlər oyunu tormozladı və tempi öldürdü. Düşünürəm ki, bundan keyfiyyətli və maraqlı oyun gözləyən tamaşaçı da zərər çəkdi. Bunun əvəzindəsə, saysız-hesabsız lazımsız fitlər aldı. Hakim tamamilə özbaşınalıq yaratdı. Onun hakimliyi, xüsusilə də ikinci hissədə, hər hansı bir tənqiddən aşağıdı. İnsan törətdiyi xətalara görə məsuliyyət daşımayacaqsa, o zaman onları gələcəkdə də mütləq təkrarlayacaq. Oyunsonrası mətbuat konfransına gəlməməklə, mən hakimliyə qarşı etirazımı bildirdim. Məni gözləyən Arif Əsədovdan və jurnalistlərdən üzr istəyirəm. İki gün Bakıda olmamışam və buna görə üzrxahlığımız yalnız indi bildirirəm".