Ölkə çempionatında 83 metrdən də qol vururlar
13.04.2011 - 09:20
Heç kimin tanımadığı paraqvaylı qapıçı Uilson Kinyones bir anda məşhurlaşıb. Apasport.az saytının məlumatına görə, öz ölkəsinin çempionatının 2-ci dəstəsində çıxış edən “Sport Kolombiya” klubunda çıxış edən qolkiper vurduğu qolla özündən söz etdirib. Əlcək sahiblərinin rəqib qapısına yol tapması adi hala çevrilsə də Kinyones bunu fantastik zərbə ilə edib. Belə ki, öz cərimə meydançasından vurduğu zərbə ilə “Serro de Franko”dan olan həmkarını məyus edib. Klubunun eyni adlı stadionunda fərqlənən Uilsonun topa zərbə endirdiyi nöqtədən rəqib qapısına olan məsafə 83 metrə bərabər olub.
Lakin bu qol ona baha başa gəlib. Sevindiyindən futbolkasını çıxaran qapıçı sarı vərəqə ilə cəzalanıb.
Lakin bu qol ona baha başa gəlib. Sevindiyindən futbolkasını çıxaran qapıçı sarı vərəqə ilə cəzalanıb.
0
0