AFFA rəsmiləri Praqaya gedir
13.04.2011 - 09:34
Aprelin 14-də və 15-də UEFA-nın media ilə bağlı seminarı keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan 2 nəfərlə təmsil olunacaq. Bunlar AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu və 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının yerli Təşkilat Komitəsinin mətbuat üzrə mütəxəssisi Şəhla Sultanovadır.
Qeyd edək ki, seminar Çexiyanın paytaxtı Praqada keçiriləcək.
Mənbə: affa.az
Qeyd edək ki, seminar Çexiyanın paytaxtı Praqada keçiriləcək.
Mənbə: affa.az
0
0