“Menşevik”lər Azərbaycan Premyer Liqasını ələ keçirdi
13.04.2011 - 11:15
Keçirilməli olan 10 turundan 4-ü arxada qalan Azərbaycan Premyer Liqasının final mərhələsi demək olar ki, yarılanıb. Apasport.az saytının məlumatına görə, həlledici mərhələnin baş tutan görüşləri aşağı məhsuldarlıqla yadda qalıb.
Belə ki, baş tutan 24 qarşılaşmada vur-tut 37 qol vurulub. Bu, hər qarşılaşmaya orta hesabla 1,54 topun vurulması deməkdir.
Birinci ilə müqayisədə ikinci “altılıq” komandaları qol vurmaqda daha fərasətlidir. Buradakı 12 matça 22 top vurulub – orta hesabla 1,83. Mükafatlar uğrunda mübarizə aparanların vəziyyəti isə lap acınacaqlıdır – 12 oyunda 15 qol (hər görüşdə 1,25 qol).
İlk “altılıq”la bağlı diqqət çəkən daha bir tendensiya göz oxşayır. Baş tutan 12 oyundan 5-də 2, 5-də 1 qol vurulubsa, 2-də qapılar toxunulmaz qalıb. Bu isə bukmekerlərin dili ilə desək, bütün oyunların “menşe” başa çatması anlamına gəlir.
Bizim bu “menşevik”lərin belə məhsuldarlıqla avrokuboklarda nə edəcəyi isə yayda bilinəcək.
İkinci “altılıq”da da əksər qarşılaşmalarda 2-dən az top vurulub. 12 matçdan yalnız 3-də - “Simurq” - MOİK (1:2), “Muğan” – “Simurq” (3:1), “Muğan” – “Qəbələ” (1:2) “menşe” tendensiyası pozulub.

0
0