Jorj Leekenslə müqavilənin müddəti uzadıldı
13.04.2011 - 11:58
Jorj Leekenslə müqavilənin müddəti uzadıldı
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının baş məşqçisi Jorj Leekenslə müqavilənin müddəti uzadılıb. Apasport.az saytının məlumatına görə, Belçika Futbol Assosiasiyası son oyununda millimizi 4:1 hesabı ilə məğlub edən “qırmızılar”ın çalışdırıcısı ilə anlaşmanı 2014-cü ilə qədər artırıb. Buna komandanın seçmə mərhələdə uğurlu çıxış səbəb olub. Belçika yığmasının 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmasını vacib sayan qurum rəsmiləri bu işin öhdəsindən gəlməyi də Leekensə həvalə etməyi lazım biliblər.

Qeyd edək ki, müqavilənin uzadılması aprelin 16-da keçiriləcək assosiasiya rəhbərliyinin iclasında təsdiqlənməlidir.