7 pillə geriyə
13.04.2011 - 12:02
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən reytinqlə müqayisədə 7 pillə geriləyib.
Son vaxtlar aşağı yuvarlanan millimiz 107-ci yerə düşərək, ilk “yüzlüy”ü tərk edib. Hesabında 288 xal olan komandamız UEFA-nın reytinqində 44-dür.
Xatırladaq ki, ötən reytinqdə də geriləyən millimiz 99-cu pilləni 100-ə dəyişmişdi. Bu dəfə geriləməyə isə Avro-2012-nin Belçika ilə seçmə oyunundakı məğlubiyyət səbəb olub. Son 1 ayda baş tutan yeganə oyunumuzda 1:4 hesabı ilə uduzmuşduq.
Milli komandamızın Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərindən Almaniya yığması 3-cü pillədəki (1386 xal) mövqeyini əldən verib. 1 pillə geriləyən Bundestim artıq planetin 4-cü komandasıdır.
Türkiyə yığması (795 xal) 2 pillə irəliləyərək, 30-cu yerə qalxıb. Böyük irəliləyişə nail olan Belçika yığması 25 addımlıq sıçrayış hesabına 37-ci yerə qalxıb – 654 xal.
Qrupumuzun daha 2 komandası üçün son 1 ay uğursuz olub. Avstriya 12 pillə geriləyib. Hesabında 443 xal olan avstriyalılar artıq 73-cü pillədədirlər. Qrupumuzun sonuncusu Qazaxıstan yığması (151 xal) 8 pillə geriləyib. Onlar artıq 140-cı mövqedədirlər.
FİFA-nın reytinqinə yenə İspaniya yığması (1857 xal) başçılıq edir. Hollandiya millisi 1702 xalla 2-ci yerini qoruyub. 3-cü pilləyə isə 1425 xalla Braziliya yüksəlib.

0
0