“Qalatasaray” yeni formada ilk oyununu “Barselona” ilə keçirəcək
13.04.2011 - 12:27
“Qalatasaray” yeni formada ilk oyununu “Barselona” ilə keçirəcək
“Qalatasaray” Avropa nəhəngi “Barselona” ilə yoldaşlıq matçı keçirəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, oyun “sarı-qırmızıların” yeni forma sponsoru “Nike” firmasının himayədarlığı ilə reallaşacaq.

İyulun 19-da Türkiyədə baş tutacaq qarşılaşmada Lionel Messi və Dani Alvesin oynaması sual altındadır. Çünki həmin tarixdə Amerika kuboku keçiriləcəyindən bu futbolçuların milli komandalarının heyətində olacağı gözlənilir. “Qalatasaray” isə yeni formasında ilk dəfə məhz “Barselona”ya qarşı görüşdə meydana çıxacaq.

Qeyd edək ki, İstanbul klubu yeni arenasının açılışında ispanlarla oynamaq istəsə də, bu arzusunu reallaşdıra bilməmişdi.