Maradonanın “Qızıl topu”nu oğurlayanlar üzə çıxdı
13.04.2011 - 13:50
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın əşyalarını oğurlayanlar bunu 22 il sonra etiraf ediblər. Apasport.az saytının məlumatına görə, Argentina yığmasının və İtaliya “Napoli”sinin sabiq ulduzunun DÇ-1986-nın ən yaxşı oyunçusu kimi qazandığı “Qızıl top”u 1989-cu ildə Neapol mafiyasının oğurladığı müəyyənləşib.
Oğurluğun təfərrüatları haqqında mafiyanın xaç atalarından biri - Salvatore Lo Russo xəbər verib. O, narkotik maddələrin istifadə olunmasında və satışında şübhəli bilinərək saxlanıb. Sonra isə bu barədə polisə ifadə verib.
Lo Russo hətta Maradonaya məxsus mükafatı və mafiyanın oğurladığı 1 neçə saatı geri qaytarmaqda kömək etməyə söz verib. Lakin onun sözlərinə görə, saatları geri qaytarmaq mümkün olsa da, “Qızıl top” məsələsində argentinalını sevindirə bilməyəcək. Çünki artıq bu ali mükafat əridilərək, külçə halına salınıb.

0
0