Toni Adams: Mənim üçün qapımızın toxunulmazlığı daha vacibdir
13.04.2011 - 14:17
“Çox şadam ki, Mahir Şükürov kimi futbolçu ilə müqavilə bağladıq. Onu transfer etməyimizi uğurlu sayıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
Ötən ilin mayında “Qəbələ”nin sükanı arxasına keçən ingilis mütəxəssis növbəti mövsümün transfer çalışmalarına başlayıb: “Azərbaycana ilk dəfə gələndə, istəyim komandada olan bütün futbolçularla yaxından tanış olmaq idi. Həmin mövsümü tranzit ili adlandıra bilərəm. Artıq bütün futbolçularımızı yaxından tanıyıram, onların potensialına tam bələdəm. Komandada növbəti mövsüm üçün heyətlə bağlı məsələləri aydınlıq gəlməyin vaxtı çatıb. Gələn il avrokuboklara çıxmaq və buna nail ola biləcək güclü heyət yığmaq istəyirik. Artıq buna ümid edə bilərik”.
Adams bu mənada milli komandamızın üzvü olan Mahir Şükürovun keçidində israrlı olub: “Mahir çox yaxşı, təcrübəli futbolçudur. Onu Azərbaycanın ən yaxşı oyunçularından biri sayıram. Həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında oynaya bilir ki, bunu Şükürov üçün üstünlük sayıram. Onun peşəkarlığına şübhə etmirəm. Mahirin millimizin heyətində bir sıra oyunlarını görmüşəm. Bu mənada Çernoqoriya, Macarıstanla yoldaşlıq görüşlərini, Belçika ilə rəsmi oyunu qeyd edə bilərəm. Mahir əsl cinah oyunçusudur, yaxşı sürətli var”.
İngilis çalışdırıcı Şükürovu müdafiə, yoxsa yarımmüdafiədə oynadacağını artıq özü üçün müəyyənləşdirib: “Onu sağ cinah müdafiəçisi kimi daha faydalı sayıram. Mənim üçün qapımızın toxunulmazlığını saxlamaq çox vacibdir. Şükürov bu mənada planlarımıza daxildir və bir müdafiəçi kimi bizə faydalı olacaq. Ona meydanda necə oynamaqla bağlı bəzi tapşırıqlarım olacaq”.
Adams başqa səviyyəli yeni futbolçuların transferi, kimlərlə yollarını ayıracağı ilə bağlı sualdan yayınaraq, diplomatik cavab verdi: “Onu deyə bilərəm ki, ilk transferimiz Mahir Şükürovdur. Heyətimizdə dəyişiklər olacaq, ancaq indi buna cavab verə bilmərəm. Mahirin keçidindən sonra onun mövqeyində oynayan serbiyalı Milan Antiçlə yollarımızı ayıracağımızı indidən demək olmaz. Elə ola bilər ki, Antiçlə Şükürovun hər ikisini fərqli mövqelərdə oynatdıq. Hələ cari mövsümdə hələ 6 oyunumuz var. Bütün futbolçularımıza demişəm ki, həmin oyunlarda nəyə qadir olduqlarını, özünüzü göstərməlisən. Buna əsasən sizin gələcək taleyinizə qərar verəcəyik. Futbolçularımızda Antiçlə yanaşı, Razvan Tarlea, Qoqa Berayanın müqaviləsi bitir. Anlaşması bitən futbolçularla bağlı sonradan qərar verəcəyik”.
Mehman SÜLEYMANOV

0
0