Möcüzə baş vermədi
14.04.2011 - 00:33
UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan 2 cavab oyunu ilə yarımfinalçıların tam tərkibi müəyyənləşib.
Bir həftə öncə öz meydanında darmadağınla üzləşən “İnter” “Şalke” ilə cavab qarşılaşmasında da məğlubiyyətdən qaça bilməyib. ÇL-in son qalibi bu dəfə 1:2 hesabı ilə uduzub.
İlk görüşdə “Tottenhem”i 4 cavabsız qolla keçən “Real” ingilislərə yenə şans verməyib. Məşqçi kimi 500-cü oyununa çıxan Joze Mourinyonun komandası Londondakı matçda minimal hesablı qələbəyə sevinib.
Beləliklə, “Barselona” və “Mançester Yunayted”in ardınca, “Real”la “Şalke” də yarımfinala çıxıb. Bu mərhələdə “Barselona” əzəli rəqibi “Real”la, “qırmızı şeytanlar” isə almanlarla qarşılaşacaq. Yarımfinal oyunları aprelin 26-27-də və mayın 3-4-də keçiriləcək. İlk oyunlarda “Real”la “Şalke” meydan sahibi olacaq.
12 aprel
“Mançester Yunayted” (İngiltərə) – “Çelsi” (İngiltərə) - 2:1
QOLLAR: Ernandes, 43; Park, 77 - Droqba, 77
QIRMIZI VƏRƏQƏ: Ramires, 69 (Çelsi)
İlk oyun - 1:0
“Şaxtyor” (Ukrayna) - “Barselona” (İspaniya) -0:1
QOL: Messi, 43
İlk oyun - 1:5
13 aprel
“Tottenhem” (İngiltərə) – “Real” (İspaniya) - 0:1
QOL: Ronaldo, 50
İlk oyun – 0:4
“Şalke” (Almaniya) – “İnter” (İtaliya) - 2:1
QOLLAR: Raul, 45; Benedikt Hovedes, 81 - Motta, 49
İlk oyun – 5:2

0
0