Toni Adamsın təklifi: Bu sistem komandaları “öldürür”
13.04.2011 - 14:42
“Mənim üçün bu mövsüm hansı yeri tutmağımızın heç bir fərqi yoxdur. İstəyir 7-8-ci, hətta 5-ci olsaydıq belə, bu, mənim üçün önəm daşımır. Bizim əsas hədəfimiz gələn mövsümdür və onda öz sözümüzü demək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
Bu gün yeni transfer Mahir Şükürovun təqdimat mərasimində çoxsaylı sualları cavablandıran ingilis mütəxəssis Azərbaycanla tanışlıq dövrünü bitirib. Artıq nəticə verməklə bağlı iddialı olan Adams “Qəbələ”ni mükafatlar uğrunda mübarizə aparmaq gücündə olan komandaya çevirmək istəyir: “Qəbələ” Azərbaycanın aparıcı klublarındandır. Bu mənada komandamıza gələn futbolçu zirvəyə doğru addımlayır. Mən belə bir iddialı açıqlama verə bilərəm ki, artıq “Neftçi”, “Xəzər Lənkəran” və “Bakı” və digər Azərbaycan klublarını udmalıyıq. Bu, bizim əsas hədəflərimizdəndir. Əvəzedicilərimizdəki futbolçular gələcəkdə əsas komandamızın üzvləri olacaq. Onlar arasında yaxşı, bəyəndiyim futbolçular var. Bəzilərini əsas komandaya cəlb etmişik. Ancaq hələ gəncdirlər, hazır olmadıqlarından, fiziki cəhətdən problemlərinə görə belə vəziyyətdə meydana buraxıb, “öldürmək” istəmirəm. Məsələn, Mahir Şükürov kimi güclü azərbaycanlı futbolçunu transfer ediriksə, gənclərimiz onunla rəqabətə tab gətirməyə hazır olmalıdırlar”.
İngilis çalışdırıcı gələcəyin “Frenk Lempard”ı adlandırdığı “Qəbələ”nin 19 yaşlı perspektivli yetirməsi Tərzin Cahangirova böyük ümidlər bəsləyir: “O, enişli-yoxuşlu qrafik cızır və bu yaşında normaldır. Mən Tərzin haqda baş məşqçisindən soruşduqda, hələ sabit oynamadığını diqqətimə çatdırıb. Cahangirov əsas komandamızın hazırlığında iştirak edir, ötən tur “Turan”la Tovuzdakı oyunda “18-lik”də idi. Bu yaşda bizimlə hazırlıq keçməsi onun üçün yaxşı haldır. Cari mövsümdə qalan 6 oyunumuzda əvəzedicilərimizi, bir sıra gənc futbolçularımızı meydana buraxacağam, qapıda da dəyişiklik edəcəyəm. Gələcəkdə əvəzedici komandamız yalnız Futbol Akademiyamızdakı futbolçulardan ibarət olacaq və bu məqsədimizi reallaşdıracağıq”.
Adams iddialarını həyata keçirmək maddi baxımından problem görmür: “Maddi imkanlarımız çox yaxşıdır. Büdcəsinə görə Azərbaycanın ən yaxşı halda 4-5 klubundan biri olacağıq. Biz ayrılan büdcə ilə istədiyimiz işləri görəcək, transferləri həyata keçirəcəyik”.
Çempionatın indiki formatından razı qalmayan Adams bununla bağlı öz təkliflərini çatdırdı: “Çempionatın hansı sistemlə keçirilməsi ilə bağlı müvafiq qurumlar qərar verir. Mənim AFFA-nın, PFL-nin qərarlarına qarışmaq, onları müzakirə etmək fikrim yoxdur. Formatla bağlı şəxsi fikrimi bilmək istəyirsinizsə, ikinci “altılığ”ın komandanı “öldürdüyünü” deyə bilərəm. Hazırda mübarizə apardığımız ikinci “altılıq”da heç bir məqsəd yoxdur. Azərbaycanda 10 yaxşı komanda var. Şotlandiyada olduğu kimi, 10 komandadan ibarət 4 dövrəlik sistemlə çempionat keçirmək mümkündür. Fikrimcə, belə sistem daha yaxşı olardı”.
Mehman SÜLEYMANOV

0
0