İntizamsızlar
13.04.2011 - 15:00
İntizamsızlar
Azərbaycan Premyer Liqasının cari mövsümü, xüsusilə, final mərhələsi aşağı məhsuldarlığı ilə seçilir. Apasport.az saytının məlumatına görə, azarkeşlərin az qol görməsində əsas pay sahibləri hücumçulardır.

Bombardirlərin o qədər də yüksək məhsuldarlıq göstərmədiyi vaxtda çempionatın ən intizamsız futbolçuları arasında da ön xətt oyunçuları var.

Ən intizamsız hücumçular siyahısına nəzər saldıqda isə 4 və ya daha çox vərəqə ilə cəzalananların 6 nəfər olduğuna şahid olarıq. Uzun müddətdir qol vurmayan, lakin Premyer Liqanın bombardirləri siyahısında 1-ci mövqeyini qoruyan Bahodur Nasimov hamıdan çox – 6 sarı vərəqə alıb.

Ümumi vərəqə sayında isə Anhel Qutyerres bütün hücumçuları arxada qoyub. Onun kimi Jaba da tək sarılarla deyil, həm də qırmızı vərəqə ilə də fərqlənib. Lakin Anheldən fərqli, Jaba birbaşa qırmızı alıb.

 

futbolçu

oyun

qol

sarı

2 sarı, 1 qırmızı

qırmızı

1

Anhel Qutyerres

23

3

5

1

0

2

Bahodir Nasimov

25

15

6

0

0

3

Jaba

23

7

4

0

1

4

Uinston Parks

19

6

5

0

0

5

Giorgi Çediya

16

2

4

0

0

6

Deon Barton

24

9

4

0

0