AZAL albaniyalı legionerini itirdi
13.04.2011 - 15:11
Azərbaycan Premyer Liqasının hesabat turunda “Bakı” ilə oyunda zədə alaraq təcili-tibbi yardım maşınında xəstəxanaya çatdırılan AZAL-ın legioneri Eleandro Pema artıq evə buraxılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iki gün öncə körpücük sümüyündə əməliyyat aparılan albaniyalı futbolçu bu gün xəstəxananı tərk edib.
Həkimlər onun ən azı 1 ay müalicə olunmasının vacibliyini bildiriblər. Bu səbəbdən Pema may ayının 10-dan sonra komandanın məşqlərində iştirak edə biləcək.
Qeyd edək ki, “Bakı” ilə baş tutan oyunun 26-cı dəqiqəsində rəqibin qapıçısı Marko Şarliya ilə toqquşan yarımmüdafiəçi oyunu yarımçıq dayandırmışdı.

0
0