Ruslar Toni Adamsın planlarını pozub
13.04.2011 - 15:24
Rusiyanın “Anji” klubu “Qəbələ”nin baş məşqçisi Toni Adamsın planlarını pozub. Apasport.az saytının məlumatına görə, ingilis mütəxəssis yeni transfer etdiyi milli komandamızın futbolçusu Mahir Şükürovla hələ ötən ildən ciddi maraqlanıb.
Azərbaycanda olduğu 1 ildə futbolçularımızla tanış olan Adams Şükürovu “Anji”də oynadığı vaxtda sərəncamında görməyi arzulayıb. Ancaq həm futbolçunun klubla müqaviləsinin olması, həm də o vaxt Rusiyadan qayıtmasının çətin olmasını anlayan ingilis mütəxəssisin arzuları baş tutmayıb.
Mahirin millimizin Belçika ilə rəsmi oyunundan sonra “Anji” ilə yollarını ayırması, sərbəst futbolçu olması Adams üçün göydəndüşmə olub. Məhz həmin vaxt Mahirlə tezliklə müqavilə bağlamağı təkid edən “Qəbələ”nin çalışdırıcısı onu əldən buraxmaq istəməyib. Nəticədə Şükürova rəsmi müraciət tezliklə müsbət yekunlaşıb. Özü də Adams millimizin üzvünü inandıra bilərək, tez qərar verməsinə nail olub.
Qeyd edək ki, hazırda “transfer pəncərəsi” bağlı olduğundan, “Qəbələ” yeni transferini cari mövsüm üçün sifariş edə bilməyərək, yalnız gələn mövsümdən xidmətindən istifadə edəcək. Ancaq bununla belə, Mahir cari mövsümün sonuna kimi yeni komandasının düşərgəsində yer alaraq, məşqlərdə iştirak edəcək. “Qəbələ” mövsümlərarası fasiləni iyulun 5-də bitirəcək və Şükürov həmin vaxt komandanın tam hüquqlu üzvü kimi hazırlıqda iştirak edəcək.
Mehman SÜLEYMANOV

0
0