Tarixi uğurun astanasında
13.04.2011 - 15:43
Sabah Avroliqada 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Portu”, “Vilyarreal”, “Benfika” indidən özlərini yarımfinalda hiss edə bilərlər. Çünki bu komandalar evdəki ilk oyunlarda darmadağınla qalib gəliblər. Rəqibləri cavab görüşlərini evdə keçirsə də, 3-4 top fərqini aradan qaldırmaq çox çətin olacaq.
Yalnız “Braqa” – “Dinamo” cütündə şansları bərabər saya bilərik. Düzdür, portuqaliyalılar meydan sahibi, səfərdə qollu bərabərliyə nail olduğundan, üstün durumdadırlar. Üstəlik, Kiyevdəki oyunda qırmızı vərəqə alan “Dinamo”nun lideri, əsas qol ümidi Andrey Şevçenko komandasına kömək edə bilməyəcək. “Braqa” da mərhələ keçsə, portuqaliyalılar tarixində ilk dəfə avrokubokların yarımfinalında 3 klubla təmsil olunacaq.
14 aprel
22:00. “Spartak” (Rusiya) – “Portu” (Portuqaliya)
İlk oyun – 1:5
00:05. “Tvente” (Hollandiya) – “Vilyarreal” (İspaniya)
İlk oyun – 1:5
00:05. PSV (Hollandiya) – “Benfika” (Portuqaliya)
İlk oyun – 1:4
00:05. “Braqa” (Portuqaliya) – “Dinamo” (Ukrayna)
İlk oyun – 1:1

0
0