“Biz “Neftçi”dən geri qalmamalı idik” - FOTO
13.04.2011 - 23:02
“Final mərhələsində 4 oyundan 7 xal toplamışıq. Bu, pis nəticə deyil. Ancaq biz “Neftçi”dən geri qalmamalı idik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Rauf Əliyev deyib.
“Qarabağ” mövsümə Avropa Liqasına vəsiqə qazanmaq məqsədilə başlasa da, indi komandanın çempionluq uğrunda mübarizə aparmaq şansı var. Qurban Qurbanovun yetirmələri sona 6 tur qalmasına baxmayaraq, bu şansı dəyərləndirmək niyyətindədir. Lakin son iki oyunda qələbə qazana bilməyən Ağdam təmsilçisi eyni zamanda rəqib qapısına da yol tapa bilməyib.
Təbii ki, bu cür vəziyyətdə məsuliyyət daha çox hücumçuların üzərinə düşür. Komandasının cari mövsümdə ən çox qol vuran iki futbolçusundan biri olan Əliyev bu cür vəziyyətin hücumçulara da mənfi təsir göstərdiyini qeyd edib: “3 oyundur qol vura bilmirəm. Ancaq bu sükutu pozmalıyıq. Çünki qol vurmayanda futbolçunun özünəinamı azalır. Çalışmalıyam ki, fərqlənim və bunun ardı gəlsin”.
22 yaşlı hücumçu fərqlənə bilməməsinin şanssızlıqla bağlı olduğunu bildirib: “Hər oyunda qol vurmaq üçün imkan yaxalayıram. Lakin hər dəfə istifadə etmək olmur. Alınmır. Top qapıdan keçməyəndə, keçmir”.
Yığmada da hələ qol orucunu aça bilməyən Əliyev bu uğursuz seriyaya son qoymağın yollarını axtarır: “Mən də istəyirəm qol vurum. Alınmayanda heç nə etmək olmur. Ancaq üzərimdə çox çalışıram”.

0
0