“Biz oyuna hazırlaşanda, Robertas Poşkus Vilnüs küçələrində gəzirdi”
13.04.2011 - 17:41
“Biz oyuna hazırlaşanda, Robertas Poşkus Vilnüs küçələrində gəzirdi”
Bakının “İnter” klubunun futbolçusu Robertas Poşkus Litva yığmasından kənarda qalacaq. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Raymondas Jutautas 2-ci mövsümdür ölkəmizdə oynayan 33 yaşlı hücumçunun xidmətində maraqlı olmadığını bildirib: “Mən bildiyimə görə, Robertas ciddi komandadan təklif almışdı. Yığmamız Avro-2012-nin seçmə mərhələsində İspaniya ilə rəsmi oyuna hazırlaşdığı zamanı Poşkus Vilnüs küçələrində gəzirdi. Mən onun formasından narazıyam. Daha onu çağırmayacağam”.

Rüstəm MİKAYILLI