Mourinyo Bakıda oynayan futbolçuya təklif göndərdi
13.04.2011 - 17:56
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo daha bir türkiyəli futbolçunu transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının gənc yarımmüdafiəçisi Nuri Şahin “Kral klubu”nun tarixinə ilk türk futbolçu kimi düşən Məsut Özillə komanda yoldaşı ola bilər. Onların hər ikisi Almaniyada doğulub, boya-başa çatsalar da, Nuri Türkiyə yığmasını seçib.
Nurinin “Borussiya” ilə 2013-cü ilə qədər müqaviləsi olsa da, daha güclü kluba keçmək istəyir. Bundan istifadə edən “Real” artıq gənc yarımmüdafiəçiyə təklif göndərib. Cari mövsümdə çox yaxşı təsir bağışlayaraq, Almaniya çempionluğunu qazanmağa yaxın olan Nurinin transfer qiyməti 17 milyon avroya yüksəlib. Ancaq “Borussiya” ilə müqavilənin şərti belədir ki, futbolçu cəmi 6 milyon avroya gedə bilər.
Qeyd edək ki, Şahin ötən il “Borussiya”nın heyətində Avroliqada “Qarabağ”la, Türkiyə yığmasının heyətində millimizlə oyunla əlaqədar 2 dəfə ölkəmizə gəlib.

0
0