Mourinyo heç bir məşqçinin bacarmadığını etdi
14.04.2011 - 08:50
Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo adını dünya futbol tarixinə yazdırdı. Apasport.az saytının məlumatına görə, ötən il dünyanın ən güclü məşqçisi seçilən 48 yaşlı portuqaliyalı 4 müxtəlif komanda ilə Çempionlar Liqasının (ÇL) yarımfinalına çıxan ilk mütəxəssis oldu. Mourinyonun rəhbərliyi altında “Real”la yanaşı, Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi” və İtaliyanın “İnter” klubu bu mərhələyə yüksəlib. O, “Portu” və “İnter”lə ÇL-nin qalibi olub.
0
0