Çempionlar Liqasında 4-cü “El Klassiko”
14.04.2011 - 09:16
Çempionlar Liqasının (ÇL) yarımfinalına vəsiqə qazanan İspaniyanın “Real” klubu həmin mərhələdə prinsipial rəqibi “Barselona” ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, bu, İspaniya nəhənglərinin avrokuboklarda 4-cü duelidir.
“El Klassiko” iştirakçılarının əvvəlki 3 qarşıdurması da qitənin ən nüfuzlu klub turnirinə təsadüf edib. 1959/60 mövsümündə indi olduğu kimi yarımfinalda ispan klubları üz-üzə gəldi. Hər 2 matçda eyni – 3:1 hesabı ilə qalib gələn “Real” finala yüksələrək ardıcıl 5-ci dəfə kubokun da sahibi oldu.
Növbəti mövsümdə komandalar 1/4 finalda münasibətlərini ayırd etdi. Madriddəki 2:2 hesablı sülhdən sonra Kataloniya klubu öz meydanında qalib gəlib mərhələ adladı – 2:1. Bununla da “Real”ın o vaxtki Çempionlar Kubokundakı hegemonluğuna son qoyuldu. Çünki həmin matça qədər madridlilər istisnasız kubokun qalibi olurdu.
2001/02 mövsümünün yarımfinalında Madrid təmsilçisi rəqibini hər 2 matçda üstələyərək finala yüksəldi – 2:0, 1:1. Həmin il “Real” tarixində sonuncu dəfə kuboka yiyələndi.
Göründüyü kimi “Real” yarımfinalda “Barselona” ilə qarşılaşdığı vaxtlarda kubokun sahibi olur. İndi madridlilər bu ənənəni davam etdirməyə çalışacaq.

0
0