Rauldan daha 2 rekord
14.04.2011 - 09:41
Rauldan daha 2 rekord
İspaniya futbolunun əfsanəsi Raul növbəti rekordlarını rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Şalke” klubunda çıxış edən 34 yaşlı hücumçu Çempionlar Liqasının 1/4 final mərhələsinin İtaliya “İnter”i ilə cavab oyununda həm oyun, həm qol sayında rekord müəllifi olub. Qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələlərində 44-cü matça çıxan Raul bununla da yarışın rekordunu müəyyənləşdirib. O, Klarens Zeedorfa məxsus göstəricini yeniləyib. Pley-offda 18-ci qolunu vuran hücumçu bu göstəricidə ukraynalı Andrey Şevçenkonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, Raul avrokuboklarda 71-ci qolunu vurub.