Devran Ayhan: “Bakı” təhlükəli komandadır
14.04.2011 - 09:55
“Xəzər-Lənkəran”la oyundan öncə sağ dizimdən zədə almışdım. Ayağıma qan yığılmışdı. Amma şükürlər olsun ki, indi problem aradan qalxıb. Tam sərbəst məşq edirəm. Oynamamağım üçün heç bir problem yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun futbolçusu Devran Ayhan deyib.
Ağdam klubu Premyer Liqanın XXVII turu çərçivəsində qarşılaşacağı “Bakı” ilə oyuna tam heyətlə hazırlaşır. Artıq zədəsini sağaldaraq sıraya dönən Ayhan klubun rəsmi saytına bildirib ki, son 2 oyunda qələbə qazana bilməsələr də, “Bakı” ilə görüşdə 3 xal üçün oynayacaqlar: “Çempionat olduqca gərgin keçir. Heç bir oyunun nəticəsinin öncədən deyə bilməzsən. “Qarabağ” olaraq əla formadayıq. Heyətimiz yetərincə genişdir. Son 2 oyunda qələbə qazana bilməsək də, hər hansısa böhrandan danışmaq yersizdi. Xüsusilə, son oyunda heç də pis çıxış etmədik. Sadəcə qol vura bilmədik. Qarşıdan “Bakı” ilə oyun gəlir. Rəqibimiz cari mövsüm heç də qənaətbəxş çıxış etməsə də, təhlükəli komandadır. Qələbə qazanmaq istəyəcəklər. Ona görə də maraqlı oyun olacağını düşünürəm”.
Qeyd edək ki, “Bakı” – “Qarabağ” matçı aprelin 16-da keçiriləcək.

0
0