Dieqo Azərbaycan milli komandasına çağırıldı
14.04.2011 - 10:06
Dieqo Azərbaycan milli komandasına çağırıldı
Bu gün Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Təbriz Həsənov Bakıda hazırlığa 25 futbolçu cəlb edib. Aprelin 22-dək davam edəcək toplanışda Polad Mirzəzadə (“Bakı”), Ramin Şirinov, Emil Həşimov (hər ikisi “Qarabağ”), Əyyub Əliyev, Kənan Manafov (hər ikisi “Neftçi”), Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Elvin Camalov (hamısı “Qəbələ”), Coşqun Diniyev, Qurbanəli Əliyev, Adil Nağıyev, Fuad İslamzadə (hamısı “İnter”), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), İsmayıl İsmayılov, Ruslan Nəsirli (hər ikisi “Maşuk-KMV”, Rusiya), Vəkil Talıbov (“Akademiya-Konopleva”, Rusiya), Seyran Məmmədov, Ruslan Abdullayev, Dieqo Adilov (hamısı “Torpedo” Moskva, Rusiya), David Qarayev (“Stoliça”, Rusiya), Şamil Camaləddinov (“Rubin”, Rusiya), Orxan Əliyev (“Elektroavtomatik, Rusiya), Ələkbər Bayramov (“Sokol”, Rusiya), Nurlan Şiriyev (“Rostov”, Rusiya) və Rüstəm Əsgərov (“Tekstilşik”, Rusiya) iştirak edəcək.

Mənbə: affa.az