Asim Xudiyev: Elə futbolçularımız var ki, onlar “11-lik”dən kənarda qalırlar
14.04.2011 - 10:50
“Əsrin layihəsi olan 100 illiyin rəmzi yığması çox gözəl ideyadır. Futbolumuzun 100 illik yubileyi ərəfəsində bu idman növündə iz qoymuş korifeylərimizin adlarının müəyyənləşdirilməsi çox mühümdür”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan futbol veteranı Asim Xudiyev deyib.
Ötən əsrin 70-80-ci illərində Bakının “Neftçi” klubunda oynamış 54 yaşlı veteran saytımızın layihəsi olan Azərbaycan futbolunun 100 illik tarixinin rəmzi yığması ilə bağlı fikirlərini açıqlayıb: “Apasport.az saytının 100 illiyin rəmzi yığması ilə bağlı çox vacib və gözəl təşəbbüs irəli sürüb. Sizin bu təşəbbüsünüz çox yaxşı layihədir. Lakin mən təklif edərdim ki, 11 yox 33 ən yaxşı futbolçu müəyyənləşdirilsin. Çünki futbolumuzda iz qoyan elə futbolçular var ki, onlar “11-lik”dən kənar qalır. Yəni “33-lük” 100 illik tarixi daha geniş əks edərdi”.
Özünün ideal “11-liy”ini də müəyyənləşdirməklə sorğumuza qatılan Xudiyev seçimi haqda da danışıb: “Şəxsi seçimimə gəlincə, mən 60-cı illərdən bu yana oynamış bir neçə futbolçu nəslini görmüşəm. Ona görə də həmin vaxtdan əvvəlki futbolçular haqda fikir yürüdə bilmərəm. Yerdə qalanların isə bəziləri ilə oynamışam, bəzilərini televiziyadan izləmişəm”.

0
0