Gümüş medalçımız yenə sərxoş yaxalandı
14.04.2011 - 11:27
Bakının “İnter” klubunun sabiq futbolçusu Vladimir Kolesniçenko həbs olunub. Apasport.az saytının məlumatına görə, Latviya millisinin üzvünün inzibati məsuliyyətə cəlb olunmasına onun içkili vəziyyətdə avtomobil sürməsi səbəb olub.
Əvvəllər də eyni səbəbdən saxlanılan və bu üzdən sürücülük vəsiqəsi əlindən alınan Kolesniçenko yenə eyni qanun pozuntusuna yol verib.
Qeyd edək ki, hazırda Ukraynanın “Çernomorets” klubunda oynayan yarımmüdafiəçi 2008/09 mövsümündə ölkəmizdə top qovaraq, “İnter”lə çempionatın gümüş medalını qazanıb.

0
0