Berti Foqts Qəbələ Futbol Akademiyasını bəyəndi
14.04.2011 - 11:46
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Qəbələ şəhərinə gedib. Apasport.az saytının məlumatına görə, 65 yaşlı mütəxəssis “Qəbələ” klubunun bazasında, həmçinin Futbol Akademiyasında mövcud şəraitlə tanış olub.
O, bildirib ki, ölkə futbolunun inkişafı məqsədilə burada görülən işlər təqdirəlayiqdir və gələcəkdə öz bəhrəsini verəcək. Daha sonra millinin baş məşqçisi “Qəbələ” klubunun məşqini izləyib.
Qeyd edək ki, Foqts bunadək digər klubların da bazasına baş çəkmişdi.

0
0