Berti Foqts 7 futbolçunu milli komandadan uzaqlaşdırdı
14.04.2011 - 13:45
Berti Foqts 7 futbolçunu milli komandadan uzaqlaşdırdı
Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 18-dən 21-dək Almaniyanın Frankfurt şəhərində tibbi müayinədən keçəcək yığmanın heyəti məlum olub.

Səfərə 24 futbolçu aparan Berti Foqts ötən dəfə açıqladığı heyətdə müəyyən dəyişikliklər edib. Usim Nduka, Aqil Nəbiyev və Ruslan Əmircanovu komandaya qaytaran almaniyalı Fərhad Vəliyev, Saşa Yunisoğlu, Elnur Allahverdiyev, Samir Abasov, Mahir Şükürov, Qara Qarayev və Cavid Hüseynovdan imtina edib.

Qapıçılar:Kamran Ağayev (“Xəzər Lənkəran”), Andrey Popoviç (“Abşeron”)

Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Vladimir Levin (“İnter”), Vurğun Hüseynov (“Turan”), Rail Məlikov, Ruslan Əmircanov (hər ikisi “Neftçi”), Cəmşid Məhərrəmov (“Bakı”), Aqil Nəbiyev, Usim Nduka (hər ikisi AZAL)

Yarımmüdafiəçilər: Ruslan Abışov, Araz Abdullayev, Amit Quluzadə (hamısı “Neftçi”), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi “Xəzər Lənkəran”), Aleksandr Çertoqanov (“İnter”), Əfran İsmayılov, Elvin Məmmədov (hər ikisi “Qarabağ”), Arif İsayev (“Qəbələ”)

Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (“Bakı”), Murad Hüseynov (“Qəbələ”).