Samir Abasov: Milliyə çağırılmamağıma görə narazılıq etsəm, insafsızlıq olardı
14.04.2011 - 14:41
“Zədəm tam sağalıb. Adım millinin ötən həftə açıqlanan heyətində var idi. Ancaq indi yoxamsa, lap yaxşı. Mən bunu normal qarşılayıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Samir Abasov deyib.
Milli komandamızın ən yaşlı (33) futbolçusu olan təcrübəli yarımmüdafiəçi Almaniyanın 18-dən 21-dək Almaniyanın Frankfurt şəhərində tibbi müayinəyə aparılmayacaq.
Baş məşqçi Berti Foqtsun seçiminə hörmətlə yanaşan Samir zədədən sonra yeni məşq etdiyini xüsusilə qeyd edib: “Bu vəziyyətdə nə gücdə test verə bilərəm ki? Yəqin ki, Foqts da bunu nəzərə alaraq, məni kənarda qoyub. Görünür, əvəzimə başqa futbolçuların tibbi müayinədən keçirməyi daha məqsədəuyğun sayıb. Bu nöqteyi-nəzərdən millinin budəfəki siyahısına daxil olmamışam. Bütün bunları yaxşı başa düşürəm. Burda başa düşülməsi bir şey yoxdur ki. Mən indiki vəziyyətdə çağırılmamağıma görə narazılıq etsəydim, bu, insafsızlıq olardı. Çünki belə vəziyyətdə test verməklə özümüzü aldatmış olardım. Mən isə buna razı deyiləm”.
Mehman SÜLEYMANOV

0
0