“Azərbaycanda hakimlərin öz sevimli komandaları var”
14.04.2011 - 14:59
“Azərbaycan futbolunda pul problemi yoxdur. Stadionlar, bazalar inşa olunur. Buna baxmayaraq çempionatın səviyyəsi o qədər də yüksək deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun litvalı futbolçusu Robertas Poşkus deyib.
Litva mətbuatına müsahibə verən hücumçu Azərbaycan Premyer Liqasındakı hakimlikdən şikayətlənib: “Ən böyük problem isə hakimliklə bağlıdır. Orda hakimlərin öz sevimli komandaları var və qulaqlarından dartıb irəli aparırlar. Amma mənim oynadığım “İnter” hakimlərin xoşuna gəlmir”.
Poşkus “İnter”ə çoxlarının yad gözü ilə baxmasının səbəbini də tapıb: “Bizdə legionerlər üstünlük təşkil edir. Heyətin təxminən 2/3-i əcnəbilərdir. Bu da bəzilərinin xoşuna gəlmir. Həm də komandamız o qədər də böyük tarixə malik olmadığından tərəfdarları azdır”.
Litvalı legioner cari mövsüm çempionluğun əldən getməsi ilə barışıb: “Bizim digər komandalarla müqayisədə öz üstünlüklərimiz var. Lakin 2 bərabər səviyyəli komanda qarşılaşanda, hakimlər həlledici rol oynayırlar. Bu üzdən də cari mövsüm liderlərdən uzaq düşmüşük. Lakin yarımfinalına qədər irəlilədiyimiz kuboku qazanmaq əzmindəyik. Azərbaycan çempionatında qalib və mükafatçılar əvvəlcədən müəyyənləşdirilmir. Lakin bəzi oyunlar olur ki, adamda şübhə yaradır”.
Poşkus onun formada olmadığını iddia edənlərlə razı deyil. O, hazırda yaxşı formada olduğunu düşünür: “Son vaxtlar 90 dəqiqə oynadığım matçların sayı da çoxdur. Bilmirəm ki, mənim yaxşı formada olmadığımı kim deyir. Ümumiyyətlə, bunu deyənlər mənim oyunumu görüb? Heç bilmirəm nə deyim. Nəyi nəzərdə tutub bunu iddia edirlər. Bu, məni təəccübləndirir. Qış fasiləsində klub rəhbərliyindən icazə alıb şəxsi məsələləri həll etmək üçün vətənə qayıtmışdım. Bəlkə də söz-söhbət buna görə yaranıb”.

0
0