Mehman Allahverdiyev bəxtdən və heyətdən şikayətlənir
14.04.2011 - 16:41
“Komanda heç son 4 ayda qol da vura bilmirdi. Amma mən gələndən sonra “Qəbələ” və “Muğan”la oyunlarda qollu heç-heçəyə nail olduq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə”nin baş məşqçisi Mehman Allahverdiyev deyib.
Baş məşqçi kimi “Kəpəz”lə ölkə çempionu olan və kuboku qazanan Allahverdiyev 7 illik fasilədən sonra böyük futbola qayıtsa da, hələ Premyer Liqada qələbə qazana bilməyib. Əvvəlcə “Qəbələ”, son turda isə “Muğan”la üz-üzə gələn gəncəlilər 3 xalın həsrətindədir.
Baş məşqçi bildirib ki, bunun bir neçə səbəb var: “Əvvəla hər oyuna itkilərlə çıxırıq. Qəbələdə Ceyhun Sultanov, Gəncədəki oyunda isə Samir Zərgərovla Ramal Hüseynov müxtəlif səbəblərdən meydana çıxmadılar. Bununla belə, imkanlarımız olur, ancaq istifadə edə bilmirik. Rəqiblərimiz isə əksinə, yaxaladıqları epizodu düzgün dəyərləndirirlər. Məncə, hələ də qələbə qazana bilməməyimiz bəxtsizlik və itkilərlə bağlıdır”.
Allahverdiyev hücum xəttindən də gileylənib: “25 futbolçunun adı sifariş vərəqəsinə daxil edilsə də, onlardan cəmi üçü hücumçudur. Yəni, oyun zamanı hücum xəttini gücləndirmək istəsək də, futbolçu tapmırıq”.
Yayda heyətdə dəyişikliklər edəcək Allahverdiyev artıq kimlərlə işləyəcəyini özü üçün müəyyənləşdirib. Lakin mütəxəssis bu haqda danışmağın, daha doğrusu, ad açıqlamağın erkən olduğunu düşünür: “Köklü dəyişikliklər olub-olmayacağını deyə bilmərəm. Çünki komandada özünü yaxşı tərəfdən göstərənlərin sayı gündən günə artır. Düzdür, heyətlə bağlı müəyyən nəticəyə gəlmişik. Ancaq ad açıqlamaq erkəndir”.
Sonda baş məşqçi MOİK-lə keçirəcəkləri oyunla bağlı fikirlərini də açıqlayıb: “İndi zəif komanda yoxdur. MOİK son turlarda qazandığı nəticə ilə yüksəlişdə olduğunu sübut edib. Elita ilə vidalaşsalar da, öz məqsədləri var. Bizim isə qələbədən başqa yolumuz yoxdur. ”

0
0