2010-cu ilin ən uğurlu adamı - Mübariz Mənsimov
14.04.2011 - 17:07
"Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin sahibi ətraf mühitin mühafizəsi və bərpası, humanitar əməkdaşlıq, gənclərin təhsili, ümumilikdə elm və incəsənətin inkişafı sahəsində göstərdiyi xidmətlərə, eləcə də Türkiyədəki uğurlu fəaliyyətinə görə fəxri mükafata layiq görülüb. Bu barədə məlumatı onun rəhbərlik etdiyi "Palmali" Şirkətlər Qrupu yayıb.
Mənsimov İstanbul Mədəniyyət Universitetinin Gənclər Klubu və internet saytı oxucularının "2010-cu ilin ən uğurlu adamı" mükafatını qazanıb. Onunla yanaşı, "Palmali" Şirkətlər Qrupunun inşaat və turizm üzrə vitse-prezidenti Kərəm Tunay da mükafat alıb.

0
0