Tofiq Bəhramov adına Respublika stadionunda yenilik
14.04.2011 - 17:25
İyunun 7-də Azərbaycan və Almaniya milli komandaları arasında keçiriləcək 2012-ci il Avropa çempionatının seçmə qrup oyununun yayımı ilə bağlı təşkilati məsələlərin həlli üçün “Sportfive” şirkətinin nümayəndələri bu gün Tofiq Bəhramov adına Respublika stadionunda olublar.
Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, qonaqlar arenaya AFFA və görüşü canlı yayımlayacaq AzTV əməkdaşları ilə birgə baş çəkiblər. Şirkət nümayəndələri saat 22:00-da başlanacaq qarşılaşmada meydançanın kənarına elektron reklam lövhələrinin düzüləcəyini bildiriblər. Bu zaman onlara “Bakı” klubunun Çindən aldığı elektron reklam lövhələri göstərilib. Qonaqlar elektron qurğuya nəzər yetirdikdən sonra belə lövhələri xaricdən özləri ilə gətirəcəklərini söyləyiblər.
Qonaqlar stadionun işıqlandırma sistemi ilə də maraqlanıblar.

0
0